Xəbərlər

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Holberton School Azərbaycan arasında əməkdaşlıq memorandumu imzalanıb.

10-06-2026 TƏLİM VƏ TƏDRİS

Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzi ilə Holberton School Azərbaycan arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum çərçivəsində süni intellekt, informasiya texnologiyaları, proqramlaşdırma və kibertəhlükəsizlik sahələrində təhsilverən və təhsilalanların beynəlxalq təcrübədən faydalanması, peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də tərəflər arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

İmzalanma mərasimində çıxış edən Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzinin direktoru Şaban Cəərçiyev əməkdaşlığın ölkədə peşə təhsilinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb: “Rəqəmsal transformasiyanın sürətləndiyi bir dövrdə əmək bazarının tələblərinə cavab verən müasir bilik və bacarıqlara malik kadrların hazırlanması əsas prioritetlərdəndir. Holberton School Azərbaycan ilə qurulan əməkdaşlıq tələbə və müəllimlərimizin beynəlxalq təcrübədən faydalanmasına, innovativ tədris metodlarının tətbiqinə və rəqabətqabiliyyətli mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verəcək.”

Şəmsi Bayramzadə isə çıxışında tərəfdaşlığın gənclərin texnologiya sahəsində inkişafına yeni imkanlar yaradacağını bildirib: “Bu əməkdaşlıq vasitəsilə tələbələrin qabaqcıl texnologiyalar üzrə praktiki biliklərə yiyələnməsi, sənaye ilə təhsil arasında əlaqələrin gücləndirilməsi və ölkənin rəqəmsal ekosisteminə töhfə verəcək peşəkarların hazırlanması istiqamətində birgə fəaliyyət həyata keçiriləcək.”

Holberton School 2015-ci ildə Silikon Vadisində təsis edilmiş beynəlxalq proqramlaşdırma məktəbidir. Holberton School Azərbaycan 2023-cü ildən etibarən PAŞA Holdinqin sponsorluğu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə fəaliyyət göstərir. Hazırda məktəbdə Foundation, Python, Full-Stack Web Development, Machine Learning və Cybersecurity proqramları üzrə tədris həyata keçirilir. Proqramları uğurla başa vuran məzunlara beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

Tərəflər arasında qurulan əməkdaşlığın peşə təhsilinin inkişafına, innovativ yanaşmaların tətbiqinə və rəqəmsal bacarıqların gücləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Digər Xəbərlər

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00

Təhsil Mərkəzi və “Sumqayıt Texnologiya Data Mərkəzi”MMC arasında əməkdaşlıq

2020-01-13 00:00:00